İsrail Avropa ölkəsinə “Hero” kamikadze PUA-ları satacaq

13-10-2021, 19:33

İsrail Avropa ölkəsinə “Hero” kamikadze PUA-ları satacaq

Almaniyanın “Rheinmetall” və İsrailin “UVision” şirkətləri “Hero” kamikadze PUA-larını Avropa ölkəsinə satmaq üçün strateji tərəfdaşlıq müqaviləsi imzalayıblar.

Ordum.az xəbər veir ki, “Rheinmetall” silah sisteminin imkanlarını artırmaq üçün sənaye, texnoloji və kommersiya fəaliyətlərini icra edəcək, “UVision” isə “Hero” PUA-larnı təqdim edəcək.

Tərəflər “Hero” sistemlərini “Rheinmetall”ın insanlı və insansız quru platformaları, buraxılış qurğuları, döyüş idarəetmə sistemləri və “Lynx” kimi zirehli maşın portfelinə inteqrasiya etməyi planlaşdırırlar.

“Hero” kamikadze PUA ailəsi bir neçə modeldən ibarətdir. Müxtəlif döyüş başlıqlarından istifadə edən qısa, orta və uzun məsafələrə və uçuş vaxtlarına qədər fərqli missiyalar üçün hazırlanmış “Hero” seriyası yüksək dəqiqlikli “gəzən sursat”dır. Platforma əməliyyat qüvvələrinə kəşfiyyat, müşahidə, nəzarət (ISR) və zərbə qabiliyyətləri verir ki, bu da hədəflərin müstəqil şəkildə aşkarlanmasına şərait yaradır.




Facebook'da Paylaş