Rusiya 2022-ci ildə “Uran-9” robotlarının kütləvi sınaqlarını keçirəcək

6-10-2021, 16:51

Rusiya 2022-ci ildə “Uran-9” robotlarının kütləvi sınaqlarını keçirəcək

Rusiya Quru Qüvvələri 2022-ci ildə “Uran-9” silahlı insansız quru platformalarının genişmiqyaslı sınaqlarını keçirəcək.

Ordum.az xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin generalı Oleq Salyukov “Krasnaya Zvezda” (Qırmızı Ulduz) nəşrinə verdiyi müsahibə zamanı məlumat verib.

General Salyukov həm “Uran-9” zərbə, həm də “Nerexta” kəşfiyyat robotlarının 2022-ci il ərzində Rusiya Quru Qoşunları tərəfindən xidmətə qəbul ediləcəyini və bu sistemlərdən istifadə edərək “eksperimental hərbi xidmətin” aparılacağını bildirib.

Bu sınaqların nəticələri Rusiya Quru Qoşunlarının ehtiyaclarını ödəmək üçün alınacaq robotların optimal sayı ilə bağlı qərara təsir edəcək.




Facebook'da Paylaş