“Rheinmetall” ABŞ-a “Lynx” PDM-lərinin sınaq şassilərini ixrac edəcək

1-11-2021, 14:46

“Rheinmetall” ABŞ-a “Lynx” PDM-lərinin sınaq şassilərini ixrac edəcək

Almaniyanın “Rheinmetall” şirkəti ABŞ-a “Lynx” piyadaların döyüş maşınlarının sınaq şassilərini istehsal və ixrac etmək üçün müqavilə imzandığını açıqlayıb.

Ordum.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Sınaq şassiləri şirkətin Avstraliyadakı müəssisələrində istehsal ediləcək.

Şassi “Rheinmetall” şirkətinin “Lynx” platformasında qabaqcıl avtomobil imkanlarını nümayiş etdirmək üçün nəzərdə tutulmuş sınaq qurğusudur.

“Lynx” Almaniyanın “Rheinmetall” şirkəti tərəfindən hazırlanmış zirehli döyüş maşınıdır. KF31 piyadaların döyüş maşını kimi konfiqurasiya edilmiş “Lynx” 14 iyun 2016-cı ildə “Eurosatory” müdafiə sərgisində ictimaiyyətə təqdim edilib. KF41 variantı 12 iyun 2018-ci ildə nümayiş olunub.




Facebook'da Paylaş