“Le Monde”: 2017-ci ildən 2019-cu ilə qədər Təl-Əviv Azərbaycanın ən böyük xarici silah tədarükçüsü olub

8-10-2021, 14:34

“Le Monde”: 2017-ci ildən 2019-cu ilə qədər Təl-Əviv Azərbaycanın ən böyük xarici silah tədarükçüsü olub

Fransanın “Le Monde” qəzeti Cənubi Qafqazda yaranmış vəziyyətə, xüsusilə İran-Azərbaycan gərginliyinə toxunub.

Ordum.az xəbər verir ki, qəzet İranla Azərbaycan arasında gərginliyin artdığını yazıb.

“İran İsrailin Azərbaycanda artan təsirindən qorxur, çünki 1990-cı illərin əvvəllərində Sovet İttifaqının dağılmasından bəri yəhudi dövləti ilə diplomatik əlaqələr saxlayan Bakı İsrailin müdafiə sənayesinin əsas müştərisidir. 2016-cı ildə İlham Əliyev Bakının İsraildən hərbi texnika alınması üçün 5 milyard dollar xərclədiyini bildirib”, - deyə nəşr qeyd edib.

Müəllif yazıb ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, 2017-ci ildən 2019-cu ilə qədər Təl-Əviv, hətta Azərbaycanın ən böyük xarici silah tədarükçüsü olub, satış 375 milyon dolları keçib.




Facebook'da Paylaş