BALA PƏHLƏVİNİN BAŞI KİMİN NOXTASINDADIR?
BALA PƏHLƏVİNİN BAŞI KİMİN NOXTASINDADIR?İsrail parlamentinin 32 deputatının Güney Azərbaycanla bağlı ölkənin Xarici İşlər Nazirliyinə müraciəti çulunun rəngindən asılı olmayaraq türk millətinin ən qatı düşmənlərindən biri olan şovinist fars faşizminin bütün nümayəndələrinin, o cümlədən 1925-ci ildə ingilislərin vasitəsilə hərbi çevriliş edərək, Qacar türk yurduna sahibləndikdən sonra, orada 1274 il ərzində hökmüranlıq etmiş türklərə qarşı 53 il ərzində vəhşi terror və qətliamlar törətmiş Rza Mehtərbaşının özü və oğlu xislətli nəvəsi, ingilislərin ABŞ-da “ehtiyat texniki hissə” kimi bəsləyib saxladığı şovinist fars faşizminin tipik nümayəndəsi olan, bala nökərcə Rza Pəhvəlinin üzündəki “demokrat” pərdəsini cırdı. Bir neçə ay öncə bu gün onun babası Mehtarbaşının 1935-ci ildən başlayaraq Qacar türk yurdunu İran adlandırmasından istifadə edərək, bu coğrafiyada torpağın əsil sahibləri olub, ölkə əhalisinin 60 faizini təşkil edən TÜRKLƏRİN rəğbətini qazanmaq məqsədilə mətbuata,-“İranda Azərbaycanlılara hörmət edilməlidir”,-demişdi. Bu ifadə, ölkənin tarixinə, əhalisinin etnik və say tərkibinə, bu etniklərin ölkənin həyatında roluna, eləcə də, ölkədə sayı 10-12 milyondan çox olmayan, lakin 1274 il onları qoynunda bəsləyən türklərə xəyanət etmək sayəsində bu coğrafiyada yaşayan 11 (on bir) millətin boğazına ilan kimi sarılıb, onları adi insan və milli hüquqlarından məhrub edib, ən vəhşi üsullarla assimilyasiyaya məruz qoymasını bilməyənlərə və xəbəri olub bilmək istəməyənlərə demokratik bir adamın türk millətinə qarşı Tehranın şovinist fars molla rejiminin törətdiyi cinayətlərə qarşı etiraz kimi görünə bilər. Yəni bu ifadə ilə bala Pəhləvi bu gün İran adlanan coğrafiyanın türklər və qismən (Ərəbistan səhrasının bir hissəsi) ərəblərə məxsus olan milli ərazilərini fars milli əraziləri elan edərək, öz milli ərazilərində yaşayan bu millətləri fars milli dövlətçiliyinin əsarəti altında saxlamaq iddiasını ortaya qoyur. Bunu isə ancaq mütləqiyyət idarəsi üsulu ilə etmək olar.
Qərb, əsasən də ABŞ bu coğrafiyada ərəblərin, xüsusilə də türklərin öz milli ərazilərində müstəqil milli dövlətini qurmasını qətiyyən istəmir. Bunun ən əsas səbəbi də, bu ölkədə türklərin öz milli torpaqlarında müstəqil dövlət qurması halında bütövlükdə türk dünyasının quru ərazilərinin Vahid Türk Ərazisi olaraq bütövləşməsidir.
ABŞ isə bunun əksinə olaraq İraqda qurduğu kürd dövlətinin ərazisini zolaq halında Cənubi Azərbaycan, Suriya ərazisinə uzatmaqla Türkiyənin Şimali Azərbaycan və Orta Asiya türklərindən coğrafi cəhətdən ayıraraq türkləri millət və dövlət olaraq birləşib, bütövləşməyə qoymayaraq, onları parçalanmış halda əsarətdə saxlamağı hədəfləyirlər.Bu həm də onu hakimiyyət başına gətirmək istəyənlərin onun anasının türkəsilli olmasını vurğulayaraq bundan irəli gələn türk milli təəssübkeşliyi, eləcə də atasının və babasının türklərə qarşı törətdikləri, bugünkü Tehranın şovinist fars molla rejiminin törətdiyi cinayət və qətliamlardan geri qalmayan cinayətlərinə görə peşimançılıq və xəcalət hissindən doğan bir yanaşma kimi görünə bilər. Onun İsrail knessetinin 32 üzvünün Cənubi Azərbaycan türklərinin tapdalanan insan və milli hüquqlarının beynəlxalq norma və qanunlara uyğun olaraq qorunmasına yardım edilməsi amacı ilə Xarici İşlər Nazirliyinə müraciət etməsinə göstərdiyi reaksiya və İsrail parlament üzvlərinin öz müraciətini dərhal geri götürməsi bir çox məsələləri çox dəqiq aydınlaşdırdı.
Rza Pəhləvi bu müraciəti İranın ərazi bütövlüyünə qarşı atılan addım olaraq qəbulolunmaz hərəkət kimi dəyərləndirib. Qəribə olan həm də burasıdır ki, o bu müraciətin İranın bu günkü hakimiyyətinin maraqlarına uyğun olduğunu iddia edib.
Birincisi, bala Pəhləvi faşist babasının 1935-ci ildə qacar türk yurdunu İran adlandırmasının məqsəd və səbəbini çox yaxşı bilir. Yəni, İran sözü nə ərazi adı, nə də millət adı deyil. İran termininin mövcudluğu Hind-Avropa dilləri qruplarından biri olan farsdilli dil qrupuna verilən addan başlanır. 1935-ci ildə Qacar yurdunun türk milli ərazisi olduğunu bütün dünyaya, o cümlədən türklərə unutdurmaq, insanların zehnində bu ərazinin fars milli ərazisi olması haqqında saxta fikirin süni yolla formalaşdırılmasına yönələn mənhus bir tədbirdir. Belə ki, bu gün İran dedikdə, bu məsələlərin tarixini bilməyənlərdə fars milli torpaqlarında qurulub, mövcud olan fars dövləti kimi qavranılır. Bu günə şüar şəklində, lakin reallıqları əks etdirməyən dekorativ beynəlxalq hüquq normaları beynəlxalq güc mərkəzlərinə bu şüarlardan sui-istifadə edərək beynəlxalq müstəvidə bütün məsələlri cəngəllik qanunları əsasında zor tətbiqi vasitəsilə obyektiv və ədalətli şəkildə yox, məhz öz maraqları çərçivəsində həll edirlər. Tarixdə, bu günümüzdə buna istənilən sayda nümunələr, faktlar mövcuddur. Elə son 200 ildə Şimali Azərbaycan türk torpaqlarının rus imperiyası tərəfindən başqa millətlərə peşkəş edilməsi, bu ərazilərdə təkcə min illər boyunca mövcud olan türk milli maddi, mədəni abidələrinin deyil, eləcə də türk milli mənliyinə son qoyulmasını, son 100 ildə Cənubi Azərbaycanda şovinist fars faşizminin türk milli mənliyinə son qoyulması üçün əməllərində şovinist rus faşizmindən daha mənhus əməllərə rəvac verməsini göstərmək olar. İsrail knessetinin 32 üzvünün Cənubi Azərbaycan türklərinin özünün doğma ərazilərində şəxsi və milli hüquqlarının qorunmasına yönəli müraciətinə cavab olaraq bu müraciətin “İran dövlətinin sərhədlərinin pozulması” olaraq beynəlxalq normalara zidd olduğunu deməsi, əslində Qacar Türk yurdunda qanunsuz olaraq qurulmuş şovinist fars hakimiyyətinin qorunması məqsədini güdüb, nə demokratiya, nə də anasının türk əsilli olmasından, doğan hiss olmayıb, onun ata-babası kimi şovinist fars faşizminin tipik, qatı nümayəndəsi olduğunu ortaya qoyur.
Bala Pəhləvi,-“Bu gün mən Yerusəlimdəki dostlarımıza özümün və həmvətənlərimin narahatlığını bildirdim”,-deyərək, həm də İsrail dövlətinin məsələyə aydınlıq gətirməsini, İran-İsrail xalqları arasındakı dostluğa kölgə salan bu hərəkət barədə açıqlama verməsini xahiş edib.
O “özümün və həmvətənlərimin” deməklə özünün “vacib, ölkə üçün məsuliyyət daşıyan bir şəxs” və bu gün İran adlanan ərazinin isə fars milli ərazisi, farsların vətəni təsəvvürünü yaratmaqla bərabər, özünü bütün ölkə əhalisini, ən azı bütün farsları təmsil edən persona olaraq təqdim edir. Hansı ki, bu ölkənin 86 milyon əhalisinin 60 milyonunu təşkil edən türklər, sayı 3-4 milyonla hesablanan kürdlər, bəluclar, ərəblər öz müstəqil dövlətlərini yaratmaqla şovinist fars faşizminin əsarətindən xilas olmaqla israrlıdırlar.
İkincisi, onun İsrail dövlətinin bu məsələyə aydınlıq gətirməsini istəməsi Qərbin, xüsusilə ABŞ-ın xüsusi xidmət orqanlarının onu hakimiyyət başına gətirəcəkləri barədə ona ciddi vədlər verildiyindən xəbər verir. Bunu həm də onun, bu məsələnin “İran-İsrail xalqları arasındakı dostluğa kölgə salan hərəkət” adlandırması da, özünü artıq dövlət başçısı olaraq gördüyünü sübut edir.
Bala Pəhləvinin bu bəyanatından sonra İsrail parlamentinin üzvlərinin öz təklifini geri götürməsi də bir çox məsələləri aydınladır.
Belə ki, Tehranın molla rejiminin İsrail dövlətini yer üzündən siləcəyi ilə hədələməsi, Qərbin, o cümlədən ABŞ-ın karbohidrogenlərə tələbatının əsas təminatçısı, dünya ağalığı müstəvisində onun hərbi, iqtisadi, siyasi prosseslərdə strateji “bostanı” olan ərəb ölkələrində böyük hərbi birləşmələr yaradıb bu bölgələrdə daim hərbi toqquşmalar, siyasi sabitsizlik yaradıb, nəinki ABŞ-ın, bütövlükdə Qərbin bu regionda maraqlarına, hətta mövcudluğuna belə ciddi təhlükə yaratmaqla bərabər, üstəlik nüvə silahı əldə etməsinin bir addımlığında olması, “ərəb məhəlləsində” ABŞ-ın forpostu olan İsrailin Azərbaycan və Türkiyə ilə isti münasibətlərin qurulmasında mühüm rol oynadı. Buna baxmayaraq heç kimi, heç bir dövləti, heç bir milləti, bütövlükdə hətta özünün məxsus olduğu fars millətini belə rəsmən təmsil etməyib, sıravi ABŞ vətəndaşı olan bala Pəhləvinin “xahişi” ilə İsrailin parlamentinin 32 üzvünün imzaladığı obyektiv, ədalətli, fərdi və milli hüquqların beynəlxalq hüquq normalarının bütün müddəalarına uyğun olan müraciətinin operativ olaraq geri götürülməsi göstərir ki, Tehranın molla rejimini aradan götürərək, yerinə bala nökərçəsi Pəhləvini gətirməklə Qacar Türk yurdunu təkcə türklər üçün deyil, həm də bu coğrafiyada yaşayan 11 millətin nümayəndələri üçün xalqlar həbsxanası olaraq saxlamaqla, ABŞ bu ölkəni öz müstəmləkəsinə çevirmək məqsədində ciddi və qərarlıdır. Digər tərəfdən bu günlərdə Tehran rejiminin müxtəlif dövlətlərin bayraqları altında neft və digər yüklər daşıyan ABŞ-a məxsus gəmiləri həbs etməsi ABŞ, İsrail və Tehranın molla rejiminin qarşıdurması deyil, prosesin dünya ağalığı iddiasında olan beynəlxalq güclərin arasında gedən mübarizənin bir hissəsi olduğunu sərgiləyir. Çünki, Tehran rejimi tək və özbaşına ABŞ və İsraillə, əslində isə istər iqtisadi, istərsə də hərbi cəhətdən dünyanın ən böyük gücü olan NATO ilə özünü labüd məhvə aparan belə bir qarşıdurmaya getməyə cürət edə bilməzdi. Əgər biz dünya ağalığı iddiasında olan dünya güclərinin bu strateji mübarizəsinin digər seqmentlərinin Suriya, Ukrayna və Qarabağdakı proseslər olduğunu nəzərə alsaq dünya güclərinin hər birinin bütün mübarizə seqmentlərində proseslərin gedişini hansı istiqamətə yönəltməyə israrla cəhd edəcəyini düzgün proqnozlaşdıraraq Türk milli, o cümlədən, Azərbaycan maraqlarının etibarlı qorunması üçün vaxtında gücümüz çatan real tədbirlər hazırlayıb, reallaşdıra bilərik.
May ayının 14-də Türkiyədə keçirilən seçkilərdə də dünya gücləri arasında gedən mübarizə və onların Türk Milli Birliyinə, ümumiyyətlə türk millətinin müstəqilliyinə olan münasibətlərinin xarakteri özünü çox aydın biruzə verdi. Belə ki, son iyirmi ildə Türkiyənin iqtisadi, texniki cəhətdən güclənməsi, SSRİ-nin xarabalıqları üzərində şərti azad olan Türk dövlətlərinin dünya iqtisadiyyatında əhəmiyyətli amilə çevrilməsi, Türkiyənin və digər Türk dövlətlərinin öz milli maraqlarına uyğun iqtisadi, texniki, hərbi siyasət yeritməsi cəhdləri artıq təkcə dünya ağalığı iddiasında olan gücləri deyil, bütün türk düşmənlərini hərəkətə gətirmişdir. Türkiyədəki seçkilərdə türk düşmənlərinin bu günə türk dünyasının lideri olan Ərdoğanı hakimiyyətdən uzaqlaşdırmaqla, eyni zamanda Türk dövlətlərinin lokomotivi olan Türkiyəni, süni surətdə yaradıb idarə etdikləri “altılıq” vasitəsilə ələ keçirib, artıq bütün dünyada alovlanmağa başlayan Türk Milli Oyanışı prosesini qapamaqla bütün dünya türklərini parçalanmış halda, əsarətdə saxlamağı hədəfləyirlər.
Bu gün İran adlandırılan Qacar Türk yurdunda Qərbin şovinist fars faşizminin qatı nümayəndəsi Bala Pəhləvini hakimiyyətə gətirmək hədəfi də dünya güclərinin və erməni, fars kimi türk düşmənlərinin ümumi niyyətlərinin tərkib hissəsidir.
Şapur Qasimi19.05.2023
+99455 522-36-15
Facebook'da Paylaş