Türkiyə PA: "Bizimlə dost olmaq istəyən dövlətlər terrorçulara dəstəyi dayandırmalıdır"

14-11-2022, 10:15

Türkiyə PA: "Bizimlə dost olmaq istəyən dövlətlər terrorçulara dəstəyi dayandırmalıdır"

“Mülki əhalimizə qarşı terror hücumları bəzi ölkələrin terror qruplaşmalarına dəstəyinin birbaşa və dolayı nəticəsidir. Əgər onlar Türkiyə ilə dostluq istəyirlərsə, terrorçulara birbaşa və dolayı dəstək dərhal dayandırmalıdırlar”.

Ordum.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun tviterdə yazıb.

O bildirib ki, hadisədə əli olan şəxslər tapılacaq və cəzalandırılacaqlar:

“Həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verirəm. Onların dərdini, kədərini bölüşürəm”.

Qeyd edək ki, dünən İstanbulda baş vermis partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb. Məlumata görə, terror aktını törətməkdə şübhəli bilinən şəxs saxlanılıblar.




Facebook'da Paylaş