Azərbaycan Demokrat Firqəsinin bəyanatı
Azərbaycan Demokrat Firqəsinin bəyanatıAzərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsi İran xalqlarının geniş etirazları münasibətilə bəyanat yayıb. Bəyanatın mətnini oxucularımıza təqdim edirik: İran İslam Respublikasının qadına düşmənçilik siyasətlərinə qarşıƏziz həmvətənlər!
Azərbaycanlı qardaş və bacılar!Ölkəmizin hakim rejiminin polis qüvvələrinin “Gəşti İrşad” tərəfindən Məhsa Əmini dəhşətli şəkildə qətlə yetirməsi ilə İran İslam Respublikasının anti-qadın hesabat dosyasına daha bir qara səhifə əlavə olundu. Bu qətlin üzə çıxmasından və 22 yaşlı qızın günahsız cəsədinin Səqqezdə dəfn edilməsindən sonra Vilayət fəqihin zalım hökumətinə qarşı qəzəb və nifrət dalğası yüksəldi. Gənclər və tələbələr, onlardan öndə qadınlar və qızlar “Qadınlar, həyat, azadlıq” müştərək şüarı ilə keçirilən etiraz toplantılarında bu cinayəti törədənlərin üzə çıxarılmasını və cəzalandırılmasını tələb etdilər. Vətənimizin igid qızları ictimai yerlərdə rejim məmurları qarşısında hicablarını çıxartmaq, yandırmaq və öz saçlarını kəsmək kimi yeni hərəkat, təşəbbüslərlə hakim rejimin ideoloji aparatına meydan oxuyublar.
İndiyədək bu etirazların ölkəmizin şərqindən qərbinə, şimalından cənubuna qədər yüzə yaxın şəhərinə yayılması ilə bağlı çoxlu xəbərlər dərc olunub. Kürdüstan şəhərlərində etirazçılarla həmrəylik əlaməti olaraq mağazalar iki gün bağlanıb. Başlanğıcda hökumətin təhlükəsizlik orqanları və dövlət rəsmiləri bu ağrılı hadisəyə haqq qazandırmağa çalışırdılar. Əvvəlki illərdə olduğu kimi, çox keçmədən etirazçılara qarşı zorakılıq, amansız və qanlı təzyiqlər başladı. İndiyədək müxtəlif şəhərlərdə rejimin repressiv qüvvələri tərəfindən 20-dən çox insanın öldürüldüyü barədə məlumatlar yayılıb. Bu etirazların sürətlə yayılmasından şoka düşən repressiv hakimiyyət 1396-cı (h.ş) və 1398-ci (h.ş) il hadisələrində olduğu kimi internet xətlərini kəsməyə, mobil telefonların əlaqəsini kəsməyə əl atıb və bəlkə də eyni illərdə olduğu kimi, geniş miqyasda etirazçıları qırğın etmək niyyətindədir.
Rejim Kürdüstanın bəzi şəhərlərində fövqəladə vəziyyətə bənzər vəziyyət yaradıb və kürd şəhərlərinin sakinlərini yatızdırmaq üçün qonşu vilayətlərdən və xüsusilə Azərbaycan vilayətlərindən repressiv qüvvələr göndərərək xalqların arasında parçalanma yaratmağa, türk və kürdləri qarşı-qarşıya qoymağa çalışır. Təbii ki, Təbrizdə gənclərin, qız və oğlanların böyük nümayişləri və “Azərbaycan oyaqdır, Kürdüstanı dəstəkləyir” şüarının səsləndirilməsi onu göstərdi ki, Azərbaycan gəncliyi təhlükəsizlik qüvvələri repressiv təşkilatlarin bölücü sui-qəsdlərini dərk edib, onların təxribatlarını ifşa etməyə doğru irəliləyirlər.
1396 (h.ş) və 1398-ci (h.ş) illərdə olduğu kimi etirazçıların qanlı yatırılmasının genişlənməsi ilə yanaşı, küçələrdə gənclərin, qadınların və qızların şüarları da daha radikal xarakter almışdı. “Diktatora ölüm”, “Xamneyiyə ölüm”, “Zalıma ölüm, padşah ol ya rəhbər fərq etməz” və “Kürdüstandan Təbrizə səbrimiz tükənibdi” kimi şüarları ilə etirazçılar artıq birlikdə hökümətin rəhbərliyini hədəf almşlar.
Ötən illər ərzində İslam Respublikasının zalım rejiminin müxtəlif orqanlarına qarşı ədalətli və humanist bir həyatı təmin etmək üçün fəhlələr, zəhmətkeşlər, müəllimlər və təqaüdçülər kimi müxtəlif təbəqələrdən ibarət etiraz hərəkatları olub. İndi isə qadınlar kişilər ilə bərabər hüquqlar əldə etməklə, hakim rejimin ideoloji və orta əsr buxovlarından qurtulmaq uğrunda əsrlər boyu davam edən hərəkatı yeni mərhələyə qədəm qoyub və qadınların mühüm rolunu göstərir. Bundan əlavə, qadınlar cəmiyyətin və işçi qüvvəsinin bir hissəsi olaraq müəllimlər, işçilər də ölkəmizin kişilərilə birgə olduqlarını göstərirlər.
Fəhlələrin, müəllimlərin, təqüdçülərin, gənclərin geniş hərəkatı indi də Məhsa Əmininin dəhşətli qətli münasibətilə qadınların və qızların ölkənin hər tərəfini bürüyən geniş hərəkatı onu göstərir ki, İslam Respublikasının diktator idarəçiliyinin boğucu maşını ölkəmizin sakinləri tərəfindən ciddi sınaqlarla üzləşib. Bu, həmin müxtəlif hərəkatların əməldə hərəkətlərini birləşdirərək, demokratik hüquq və azadlıqların, sosial ədalətin və ölkə xalqlarının hüquqlarının bərpası uğrunda müştərək və mütəşəkkil mübarizə məsələsini diqqət mərkəzində saxlamaq üçün münasib fürsətdir.
Azərbaycan Demokrat Firqəsi hesab edir ki, bu istəkləri təmin etmək üçün mütərəqqi və azadlıqsevər partiya və təşkilatların fəaliyyətini mübarizə meydanında olan insanlarla birləşdirməklə ölkəmizi idarə edən mürtəce rejimi və onun rəhbərliyini geri çəkərək ölkə sakinlərinin iradəsini təmin edərək ölkəmizdə yeni və mütərəqqi şərait yaratmaq olar.
Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsi Məhsa Əminin vəfatının ağrılı faciəsi ilə əlaqədar ailəsinə dərin hüznlə başsağlığı verir və bu dəhşətli cinayətin günahkarlarının cəzalandırılması üçün Əmini ailəsinə və ölkəmizin müxtəlif şəhərlərində keçirilən aksiya iştirakçılarına qoşulur. Həmçinin etiraz edən qadın və gənclərin haqlı tələblərini dəstəkləyir.
Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsi29 Şəhrivər 1401(h.ş)
20 sentyabr 2022-ci il
Facebook'da Paylaş