Ukrayna Prezident Ofisi: “Çeçenlərlə “kadırovçular”ı səhv salmayın

26-03-2022, 17:31

Ukrayna Prezident Ofisi: “Çeçenlərlə “kadırovçular”ı səhv salmayın

Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Oleksiy Arestoviç vətəndaşları Çeçenistan rəhbəri Ramzan Kadırovun dəstəsinin Ukrayna ərazisində döyüşməsi fonunda çeçenləri və ümumiyyətlə müsəlmanları təhqir etməməyə çağırıb.

Ordum.az xəbər verir ki, bu barədə Prezident Ofisinin rəsmisi videomüraciət ünvanlayıb.

“Siz bununla bütün dünya müsəlmanlarını incidirsiniz, birincisi, bura bizə kömək edən bir çox ölkə və dövlətlər daxildir. İkincisi, siz öz silahdaşlarınızı - Ukrayna müsəlmanlarını və dünyanın başqa ölkələrindən sizinlə döyüş sıralarında iştirak edən müsəlmanları, o cümlədən çeçenləri incitmiş olursunuz. Ona görə də gəlin çeçenlərlə “kadırovçular” arasında fərq qoyaq və müsəlmanları dini zəmində və onlar üçün son dərəcə vacib olan dəyərlərə görə incitməyək”, - O.Arestoviç bildirib.




Facebook'da Paylaş