Prezident Ofisi: “Ukrayna danışıqlarda Rusiyadan qoşunlarını Donbas və Krımdan çıxarmasını tələb edir

28-02-2022, 17:10

Prezident Ofisi: “Ukrayna danışıqlarda Rusiyadan qoşunlarını Donbas və Krımdan çıxarmasını tələb edir

“Ukraynanın nümayəndə heyəti danışıqlarda Rusiyadan qoşunlarını Krım və Donbasdan çıxarmasını tələb edir”.

Ordum.az xəbər verir ki, bunu “Current Time”a açıqlamasında Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç bildirib.

O, paytaxt Kiyevdə Ukrayna Ordusunun üstünlük əldə etdiyini açıqlayıb:

“Təsdiqlənmiş hesablamalara görə, səhərdən saat 14.00-a qədər İrpen-Jitomir avtomobil yolunda 200-dən çox müxtəlif texnika məhv edilib və ya zədələnib.

İlahi, onları Kiyev yaxınlığında necə darmadağın etməyimizi bir bilsəniz!”, - O.Arestoviç feysbukda yazıb.

Qeyd edək ki, hazırda Belarusun Ukrayna ilə sərhəd bölgəsindəki Qomel vilayətində rəsmi Kiyev və Moskva arasında danışıqlar gedir.




Facebook'da Paylaş