Ukrayna Prezident Ofisi: “Ordumuz bir sıra istiqamətdə əks-hücuma keçib”

16-03-2022, 12:05

Ukrayna Prezident Ofisi: “Ordumuz bir sıra istiqamətdə əks-hücuma keçib”

Ukrayna Silahlı Qüvvələri bir neçə istiqamətdə əks-hücuma keçib.

Ordum.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.

O, ölkədəki son durumu açıqlayıb.

“Hazırda nə baş verir? Birincisi, Ukrayna Silahlı Qüvvələri bir sıra operativ istiqamətdə əks-hücuma keçib. Bu, tərəflərin dispozisiyasını kardinal şəkildə dəyişir.

İkincisi, rusiyalı jurnalistlərin telekanallarından qaçışı başlayır.

Nəhayət Rusiya rəhbərliyi əsgərləri ölməyə hazır olan müttəfiqlər axtarmağa çalışır”, - o qeyd edib.




Facebook'da Paylaş