Rusiyanın daha bir generalı Ukraynada öldürülüb

25-03-2022, 18:29

Rusiyanın daha bir generalı Ukraynada öldürülüb

Ukrayna Silahlı Qüvvələri ötən gün ölkənin Xerson vilayətinin Çernobayevka şəhər tipli qəsəbəsində Rusiyanın Cənub Hərbi Dairəsinin 49-cu ümumqoşun ordusunun komandanı general-leytenant Yakov Rezantsevi öldürülüb.

Ordum.az xəbər verir ki, Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Oleksiy Arestoviç gündəlik keçirilən brifinqində bu məlumatı təsdiqləyib.

Qeyd edək ki, bu Ukraynada son 1 ayda öldürülən 7-ci rusiyalı generaldır. Bununla belə, Rusiya indiyədək yalnız 41-ci ordu komandanı müavini general-mayor Andrey Suxovetskinin və Qara Dəniz Donanmasının rəis müavini, birinci dərəcəli kapitan (polkovnikə bərabər) Andrey Palinin ölümünü təsdiqləyib.




Facebook'da Paylaş