Kreml: "Putinin Türkiyəyə səfəri ilə bağlı razılıq əldə olunub"

8-02-2022, 14:43

Kreml: "Putinin Türkiyəyə səfəri ilə bağlı razılıq əldə olunub"

“Rusiya Prezidenti Vladimir Putinin səfəri ilə bağlı Moskva ilə Ankara arasında razılaşma var, lakin konkret tarixlər hələ təsdiq edilməyib”.

Ordum.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib.

"Həqiqətən də, gələcəkdə belə bir səfər nəzərdə tutulub. Onlar səfərin prezidentlərin qrafiki və epidemioloji şərait imkan verdiyi vaxt baş tutması barədə razılığa gəliblər. Hələlik dəqiq tarixlər yoxdur, lakin diplomatik kanallar vasitəsilə razılaşdırılacaq”, - sözçü bildirib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynadakı vəziyyəti müzakirə etmək məqsədilə rusiyalı həmkarı Vladimir Putini Türkiyəyə dəvət edib.

R.T.Ərdoğan eyni dəvəti Ukrayna Prezidenti Volodimir Zelenskiyə də çatdırıb. Zelenski dəfəti qəbul edib. Türkiyə lideri rusiyalı və ukraynalı həmkarlarının görüşünü təşkil etmək istəyir.

Hələlik V.Putinin Türkiyəyə səfər tarixi ilə yanaşı Ankarada keçirəcəyi görüşlərin formatı da məlum deyil.




Facebook'da Paylaş