Hərbi hissələrdə "Açıq qapı" günü keçirilib

13-08-2018, 19:08



Niyaməddin Orduxanlı generalla görüşdü.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, avqustun 12-də bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “açıq qapı” günü, eləcə də təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. And içmə mərasiminə BAXCP sədrinin müavini, tanınmış QHT sədri Niyaməddin Orduxanlı da qatılıb. Bununla bağlı Ordum.az-a açıqlama verən Orduxanlı bildirib ki, andiçmə mərasiminə qatılmasına səbəb qardaşıoğlu Cavidanın hərbi xidmətdə olması olub: “ Çox böyük qürurverici hadisənin canlı şahidi oldum! Düz erməni vəhşiləri ilə üzbəüz dayanan N saylı hərbi hissədə minlərlə əsgərlərimizin andiçmə mərasimində iştirak etdim. Əsgərlərimizin çox yüksək hazırlıq səviyyəsinin, nizam-intizamın, psixoloji hazırlıqlarının necə yüksək olduğunun şahidi oldum! Bizim təsəvvür etdiyimizdən də yüksək səviyyədə zabitlərimiz hərbi hazırlıqlar aparılır, müasir texnikaların istifadə edilməsini, milli ruh da döyüş əzminin yüksəkdilməsi gənc əsgərlərə öyrədilir. Bütün bunların canlı şahidi oldum. Bu səbədən də mərasim günü general Hikmət Həsənova dərin minnətdarlığımı çatdırdım! Özünə də dedim ki, bu cür imkanlarla , bir korpusumuzun potensialı ilə, hərbi texnikası ilə, bu cür döyüş hazırlıqları ilə nəinki, işğal olunmuş torpaqlarımızı, Dağlıq Qarabağla yanaşı, dədə-baba torpaqlarımız olan İrəvanı da geri qaytara bilərik. Azərbaycan ordusun da bu gün şərəfli əsgərimizin həddindən artıq döyüş əzmkarlılğı var! Bu, bir reallıqdır! Aprel döyüşlərində qazandığımız uğur əsgərlərimizdə döyüş əzmini həddindən artıq yüksəldib. Qardaşımoğlu Cavidan bundan sonra ön cəbhədə xidmət aparacaq. Erməni vəhşiləri ilə üzbəüz dayanacaq. Bütün hərbi heyyət bu gün Ali baş Komandan cənab prezident İlham Əliyevin əmrini gözləyir. Gənc əsgərlərlə görüşümdə də dedim ki, cənab prezident müharibə əmrini versə, bütün xalqımız, milyonlarla insanımız həmin an sizin yanınzıda olacağıq! 41 yaşımın olmasına baxmayaraq, dərhal əynimə hərbi geyim geyinib, silahlanıb səngərdə sizlərlə çiyin-çiyinə dayanacam və Azərbaycanın işğal edilmiş bütün torpaqlarını geri qaytaracağıq!” Xatırladaq ki, müxtəlif hərbi hissələrdə rəhbər heyətin iştirakı ilə keçirilən tədbirlərdə valideynlərlə görüşlər təşkil edilərək onları maraqlandıran məsələlərin müzakirəsi aparılıb. Ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olub, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalarına baş çəkib, həmçinin mədəni-kütləvi tədbirlərdə iştirak ediblər.
 Ordum.az




Facebook'da Paylaş