Rusiya Prezidenti və İtaliyanın Baş naziri Ukrayna ətrafında vəziyyəti müzakirə edib

1-02-2022, 18:30

Rusiya Prezidenti və İtaliyanın Baş naziri Ukrayna ətrafında vəziyyəti müzakirə edib

Rusiya Prezidenti Vladimir Putinlə İtaliyanın Baş naziri Mario Draqi Ukrayna ətrafındakı vəziyyəti müzakirə ediblər.

Ordum.az xəbər verir ki, bu barədə Kremin mətbuat xidməti məlumat yayıb.

Liderlər Ukraynada vəziyyətin davamlı və uzunmüddətli həllinə sadiqliyini və etimad mühitinin bərpa edilməsinin zəruriliyini vurğulayıblar.

Bildirilib ki, Putin və Draqi Rusiyanın təhlükəsizliyinin təminatına dair təklifləri də müzakirə ediblər.




Facebook'da Paylaş