NATO-nun Baş katibi Britaniya XİN başçısı ilə Ukrayna böhranını müzakirə edib

24-01-2022, 19:51

NATO-nun Baş katibi Britaniya XİN başçısı ilə Ukrayna böhranını müzakirə edib

NATO-nun Baş katibi Yens Stoltenberq Böyük Britaniya xarici işlər naziri Liz Trass Rusiya-Ukrayna sərhədindəki vəziyyəti müzakirə ediblər.

Ordum.az xəbər verir ki, bu barədə NATO-nun sözçüsü Oana Lunqesku tviter hesabında yazıb.

“Tərəflər Rusiyanın Ukrayna ətrafında hərbi güclənməsini və Avropanın təhlükəsizliyinə təsirlərini müzakirə ediblər. Stoltenberq Böyük Britaniya NATO-nun kollektiv müdafiəsinə verdiyi töhfələrə və tərəfdaşımız Ukraynaya verdiyi güclü dəstəyə görə təşəkkür edib”, - paylaşımda qeyd olunub.




Facebook'da Paylaş