Yens Stoltenberq: "Ukraynadan hansısa addım gözləmək doğru olmaz

17-01-2022, 20:54

Yens Stoltenberq: "Ukraynadan hansısa addım gözləmək doğru olmaz

“Təcavüzkar tərəf Rusiyadır. Deməli, Ukraynadan təzyiqin aşağı salınması istiqamətində addım gözləmək doğru olmaz”.

Ordum.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

“Şərqi Avropadakı böhranın diplomatik həlli üçün bundan sonra addım atmalı olan tərəf Rusiyadır. NATO Rusiyanın da qayğılarını da nəzərə alacaq. Amma vəziyyət sabitləşdirmək Rusiyadan asılıdır”, - o bildirib.

Y.Stoltenberq həmçinin vurğulayıb ki, Rusiya Ukraynaya hücum etsə, siyasi və iqtisadi sanksiyalara məruz qalacaq.

Qeyd edək ki, NATO-nun Baş katibi Kanadanın dövlət televiziyası olan “CBC News”a müsahibə verib.




Facebook'da Paylaş