Aİ liderləri təhlükəsizlik məsələlərinin həllinə hazır olduqlarını bildiriblər

25-01-2022, 11:36

Aİ liderləri təhlükəsizlik məsələlərinin həllinə hazır olduqlarını bildiriblər

Almaniya, Fransa, Polşa, ABŞ, Britaniya, İtaliya, Aİ və NATO liderləri apardıqları danışıqlarda təhlükəsizlik məsələlərini həll etməyə davam etməyə hazır olduqlarını bildiriblər.

Ordum.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Bu gecə kansler Şolz (AFR kansleri Olaf Şols) Fransa, Polşa və ABŞ prezidentləri, Böyük Britaniyanın baş naziri, İtaliyanın baş naziri, habelə Ukraynanın Prezidenti, həmçinin Avropa Komissiyası, AB Şurasının sədri və NATO baş katibi ilə videokonfransda Ukrayna və onun ətrafındakı vəziyyəti, Rusiyaya qarşı növbəti addımları müzakirə ediblər.

Bütün iştirakçılar Rusiya qoşunlarının kütləvi hərəkətindən və Rusiyanın yaratdığı gərginlikdən ciddi narahat olduqlarını bildiriblər. Onlar Rusiyanın gərginliyi azaltmaq üçün addımların atılmalı olması fikrini bölüşdülər. Bütün iştirakçılar, həmçinin Avropada təhlükəsizlik və sabitlik məsələlərinin danışıqlar yolu ilə həll edilməsi ilə bağlı razılığa gəliblər. Onlar Normand formatı çərçivəsində Almaniya və Fransanın səyləri də daxil olmaqla, bu istiqamətdə diplomatik cəhdləri davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər”, - Almaniya hökumətinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Eyni zamanda, konfrans iştirakçıları Ukraynanın suverenliyi və ərazi bütövlüyünü tam dəstəklədiklərini təsdiqləyiblər. Aİ liderləri həmçinin Ukraynaya qarşı təcavüzün çox ciddi fəsadlara səbəb olacağı barədə razılığa gəliblər.




Facebook'da Paylaş