Azərbaycan və Rusiya xarici işlər nazirləri üçtərəfli bəyanatların icrasını müzakirə ediblər

30-12-2021, 19:34

Azərbaycan və Rusiya xarici işlər nazirləri üçtərəfli bəyanatların icrasını müzakirə ediblər

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Bu barədə Ordum.az Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Nazirlər regiondakı cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Bölgədəki son inkişafı nəzərdən keçirən tərəflər, o cümlədən 3+3 məsləhətləşmələr mexanizminin Moskvada baş tutan təsis görüşü, habelə Azərbaycan və Ermənistan ictimaiyyətinin nümayəndələrinin Moskvada keçirilən görüşünə dair fikirlərini bölüşüblər.

Tərəflər, həmçinin ikitərəfli münasibətlər gündəliyinin aktual məsələlərini və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.

Telefon danışığı zamanı nazirlər yeni il münasibətilə təbriklərini bölüşüblər.




Facebook'da Paylaş