BMT nasizmin qəhrəmanlaşdırılması ilə mübarizəyə dair qətnamə qəbul edib

17-12-2021, 10:42

BMT nasizmin qəhrəmanlaşdırılması ilə mübarizəyə dair qətnamə qəbul edib

BMT Baş Assambleyası Rusiyanın irəli sürdüyü “Nasizm, neonasizm və irqçiliyin müasir formaları, irqi ayrı-seçkilik, ksenofobiya və bununla bağlı dözümsüzlüyün qızışdırılmasına yol açan digər təcrübələrin tərənnümünə qarşı mübarizə” haqqında qətnaməsini qəbul edib.

Ordum.az xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki Daimi Nümayəndəliyinin tviter səhifəsində məlumat yayılıb.

Bildirilib ki, sənədin lehinə 130 ölkə səs verib, 49 ölkə bitərəf qalıb, yalnız ABŞ və Ukrayna əleyhinə çıxıb. Azərbaycan və Ermənistan Rusiyanın qətnaməsini dəstəkləyib. Bitərəf qalanlar sırasında Türkiyə, Moldova və Avropa İttifaqı ölkələri olub.




Facebook'da Paylaş