Azərbaycan Ordusu BMT TŞ-nin daha bir qətnaməsini icra etdi

25-11-2020, 08:28

Azərbaycan Ordusu BMT TŞ-nin daha bir qətnaməsini icra etdi

Azərbaycan Ordusu BMT TŞ-nin yerinə onun 822 saylı qətnaməsini icra etdi.
Azərbaycan Respublikası, Rusiya Federasiyası prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.
Bu barədə Ordum.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Beləcə Azərbaycan Resbublikasının Silahlı Qüvvələri BMT Təhlükəsizlik Şurasının daha bir sənədini - 27 ildən çoxdur icra olunmayan 822 saylı qətnaməsini icra etmiş oldu.
Xatırladaq ki. BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsi Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər rayonunu işğal etməsi səbəbi ilə qəbul olunmuşdu. Qətnamə 30 aprel 1993-cü il tarixində qəbul olunmuşdu.
Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər rayonundan dərhal çıxarılmasını tələb edilirdi.




Facebook'da Paylaş