Mövlud Çavuşoğlu NATO XİN başçılarının iclasında iştirak edəcək

29-11-2021, 11:00

Mövlud Çavuşoğlu NATO XİN başçılarının iclasında iştirak edəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO xarici işlər nazirlərinin iclasında iştirak edəcək.

Ordum.az xəbər verir ki, toplantı noyabrın 30-dan dekabrın 1-dək Riqada keçiriləcək.

İclasda 2022-ci il NATO-nun Madriddə keçiriləcək Zirvə toplantısı ərəfəsində avroatlantik regionda baş verən son hadisələr, eləcə də NATO-nun gündəliyində duran məsələlər müzakirə olunacaq.

Mövlud Çavuşoğlu tədbir çərçivəsində həmkarları ilə bir sıra ikitərəfli görüşlər də keçirəcək.




Facebook'da Paylaş