Moskvada MDB Müdafiə Nazirləri Şurasının iclası keçirilib

10-11-2021, 14:41

Moskvada MDB Müdafiə Nazirləri Şurasının iclası keçirilib

Rusiyanın paytaxtı Moskva şəhərində Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirilib.

Ordum.az TASS-a istinadən xəbər verir ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov toplantıda iştirak edib.

İclası Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu açıb.

O bildirib ki, iclasın sonunda qəbul olunacaq qərarlar MDB-yə üzv ölkələrin sülh və sabitliyi dəstəkləmələrinə töhfə verəcək.

İclasda Belarus, Qazaxıstan, Qırğız Respublikası, Türkmənistan, Özbəkistan, Tacikistan və Ermənistanın müdafiə nazirləri də iştirak ediblər.




Facebook'da Paylaş