Nur-Sultanda MDB Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının iclası keçirilir
Baş prokuror Kamran Əliyev Nur-Sultanda MDB Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının iclasında iştirak edir
Qazaxıstanın paytaxtı Nur-Sultanda Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 31-ci iclası keçirilir.
İclasda ölkəmizi Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Tədbirdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iclas iştirakçılarına müraciəti oxunub.
MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 31-ci iclasında Azərbaycan, Qazaxıstan, Rusiya, Qırğızıstan, Belarus, Tacikistan və Ermənistanın baş prokurorları və beynəlxalq təşkilatların üzvləri iştirak edir.
Tədbir çərçivəsində Baş prokuror Kamran Əliyevin bir sıra ikitərəfli və üçtərəfli görüşləri nəzərdə tutulub.
Xatırladaq ki, MDB üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurası 1995-ci il dekabrın 7-də yaradılıb və 2000-ci ildən MDB -nin dövlətlərarası orqanı statusuna malikdir.
Facebook'da Paylaş