ABŞ Dövlət katibi İraqın baş nazirinə sui-qəsd cəhdini pisləyib

10-11-2021, 11:15

ABŞ Dövlət katibi İraqın baş nazirinə sui-qəsd cəhdini pisləyib

ABŞ dövlət katibi Entoni Blinken İraq prezidenti Bərham Salehlə söhbəti zamanı ölkənin baş naziri Mustafa Əl-Kazimiyə hücumu pisləyib.

Ordum.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Məlumatda bildirilib: "Dövlət katibi Entoni Blinken İraqın Baş naziri Mustafa Əl-Kazeminin iqamətgahına edilən terror hücumunu pisləmək üçün bu gün ölkə prezidenti Bərham Salehlə danışıb. Dövlət katibi Blinken hücumun həm də İraq dövlətinin suverenliyinə və sabitliyinə hücum olduğunu bildirib".

Söhbət zamanı Blinken, həmçinin ABŞ-ın İraq hökuməti və xalqı ilə tərəfdaşlığının toxunulmazlığını bir daha təsdiqləyib.




Facebook'da Paylaş