ABŞ Dövlət Departamenti kibertəhlükəsizlik idarəsi yaradır

26-10-2021, 10:32

ABŞ Dövlət Departamenti kibertəhlükəsizlik idarəsi yaradır

ABŞ Dövlət Departamenti yeni kibertəhlükəsizlik idarəsi yaratmaq barədə qərar qəbul edib.

Ordum.az xəbər verir ki, bu barədə Dövlət katibi Entoni Blinken məlumat verib.

Məqsəd amerikalı diplomatların informasiya təhlükəsizliyini təmin etməkdir. Yeni idarə 3 istiqamətdə - beynəlxalq kibertəhlükəsizlik, beynəlxalq rəqəmsal siyasət və rəqəmsal azadlıq sahələrində fəaliyyət göstərəcək. İdarənin rəhbərlərini ABŞ Senatı səfirlərin arasından seçəcək.




Facebook'da Paylaş