Nazir: “Serbiya NATO-ya üzv olmayacağına söz verib”

11-10-2021, 10:47

Nazir: “Serbiya NATO-ya üzv olmayacağına söz verib”

“Serbiya NATO-ya üzv olmayacağına söz verib”.

Ordum.az-ın xəbərinə görə, bunu Serbiyanın daxili işlər naziri Aleksandr Vulin deyib.

“Hazırkı rəhbərlik hərbi neytrallığa ciddi riayət edir. Biz NATO-ya qoşulmayacaq və Rusiyaya qarşı sanksiyaları dəstəkləməyəcəyik”, - o bildirib.

Nazir vurğulayıb ki, Aleksandr Vuçiç Serbiya Prezidenti olduğu müddət ərzində NATO-ya üzvlük gündəm məsələsi olmayacaq.




Facebook'da Paylaş