Yunan nazir həddini aşdı

3-12-2020, 15:32

Yunan nazir həddini aşdı

Türkiyədən şikayət edib, təklif irəli sürən yunan nazir həddini aşdı
Yunanıstan Xarici İşlər naziri Nikos Dendias NATO-nun sammitində Yunan Kiprinin (Cənubi Kipr) ittifaqa daxil edilməsini istəyib.
Teleqraf.com xəbər verir ki, Dendias Yunan Kiprindən başlayaraq Avropa İttifaqının bütün üzvlərinin NATO-ya daxil edilməsinin Avropanı gücləndirəcəyini iddia edib.
Yunan nazir Aralıq dənizinin şərqindəki fəaliyyətlərinə görə Türkiyədən də şikayət edib.
Türkiyə Aİ üzvü olan Yunan Kiprini tanımır, üstəlik bu kimi məsələlərə qarşı NATO-da veto qoymaq hüququna malikdir. Türkiyənin NATO-ya yeni üzv qəbulunda veto hüquq olduğu üçün Afinanın tələbinin müsbət cavab tapacağı ehtimalı görünmür.




Facebook'da Paylaş