Türkiyədən ABŞ-a S-400 mesajı

25-10-2020, 09:12

Türkiyədən ABŞ-a S-400 mesajı
Türkiyədən ABŞ-a S-400 mesajı: Bu iddia doğru deyil!
NATO müttəfiqlərinin istifadəsində olan S-300 sistemləri kimi, S-400 zenit raket kompleks sistemləri də müstəqil şəkildə istifadə olunacaq.
Bunu Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü polkovnik-leytenant Şəbnəm Aktop Tvitter hesabında deyib.
“S-400-lər eyni zamanda hər hansı bir NATO Komandanlıq Nəzarət sisteminə inteqrasiya olunmadan istifadə ediləcək. Türkiyənin NATO öhdəliklərinə zidd hərəkət etdiyini iddia etmək doğru deyil”, - sözçü bildirib.
Xatırladaq ki, Pentaqon sözçüsü Conatan Hoffman ABŞ-ın Türkiyənin 16 oktyabrda icra etdiyi S-400 sisteminin sınaqlarını qətiyyətlə pislədiyini açıqlayıb.




Facebook'da Paylaş