Polşa müdafiə büdcəsini 1,5 milyard dollar artırır

6-10-2021, 14:15

Polşa müdafiə büdcəsini 1,5 milyard dollar artırır

Polşa 2021-ci il üçün nəzərdə tutulan müdafiə xərclərini 1,6 milyard dollar artırır.

Ordum.az xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.

Açıqlanan rəqəm müdafiə xərclərinin ÜDM-də (Ümumi Daxili Məhsul) payının 2.4% və ya daha yüksək ola biləcəyi mənasına gəlir.

Maliyyə Nazirliyi tərəfindən yayımlanan açıqlamada bildirib ki, əlavə vəsait ordunun əməliyyat qabiliyyətinin modernləşdirilməsi və genişləndirilməsinə davam etmək üçün istifadə olunacaq.

Nazirlər Şurası tərəfindən təsdiqlənən dəyişiklik layihəsi gələcəkdə parlamentə təqdim olunacaq.




Facebook'da Paylaş