ABŞ-dan Bakı-İrəvan dialoqu ilə bağlı açıqlama

28-09-2021, 06:45

ABŞ-dan Bakı-İrəvan dialoqu ilə bağlı açıqlama

ABŞ Azərbaycan və Ermənistanın sülh prosesini birbaşa dialoq yolu ilə bərpa etmək əzmini alqışlayır.
Bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Derek Hoqan və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Amanda Slout ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşdə bildiriblər.
Onlar Birləşmiş Ştatların Ermənistana və Azərbaycana bütün həll olunmamış məsələləri həll etməyə kömək etmək üçün, həmçinin itkin düşənlər, ərazilərin minalardan təmizlənməsi ilə bağlı həmsədrlərlə əməkdaşlığı davam etdirməyə sadiqliyini bildiriblər.




Facebook'da Paylaş