Şikayətlər davam edir

6-03-2021, 11:32

Şikayətlər davam edir


Paşinyan ABŞ-ın dövlət katibinə Azərbaycandan ŞİKAYƏT EDİB
Ermənistanın Baş naziri Nikol Paşinyan Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinkenlə telefon danışığı aparıb.
İkitərəfli münasibətlərdən danışan Baş nazir Paşinyan ABŞ-ın Ermənistana verdiyi davamlı dəstəyi və ABŞ-ın ATƏT-in Minsk qrupundakı rolunu yüksək qiymətləndirib. Tərəflər II Qarabağ müharibəsindən sonra Cənubi Qafqaz bölgəsində yaranmış vəziyyətə toxunublar. ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində sülh prosesinin davam etdirilməsinin zəruriliyi vurğulanıb.
Nikol Paşinyan ABŞ-ın dövlət katibinin diqqətini Azərbaycan tərəfində saxlanılan hərbi əsirlərin (diversantları nəzərdə tutub-red.) dərhal qaytarılması məsələsinə cəlb edib.
Dövlət katibi isə bu kontekstdə Amerika tərəfinin Minsk qrupu həmsədrlərinin fəaliyyətinin vacibliyinə önəm verdiyini vurğulayıb və münaqişənin həllində rolunu davam etdirməyə hazır olduğunu bildirib.
ABŞ dövlət katibi Ermənistanla tərəfdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O, Ermənistanın demokratiya sahəsində qazandığı uğurları yüksək qiymətləndirib və Birləşmiş Ştatların Ermənistana islahatlar aparmaqda kömək edəcəyini bildirib.







Facebook'da Paylaş