Pentaqon: “Rusiya ilə hərbi təmaslar siyasi səbəblərdən məhduddur”

25-09-2021, 08:50

Pentaqon: “Rusiya ilə hərbi təmaslar siyasi səbəblərdən məhduddur”

“Amerika Birləşmiş Ştatları ilə Rusiya arasındakı hərbi təmaslar siyasi səbəblərdən hələ də məhduddur, lakin ünsiyyət kəsilməyib”.

Ordum.az xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyi (Pentaqon) mətbuat xidmətinin rəhbəri Con Kirbi deyib.

Onun sözlərinə görə, rəsmi Pentaqon Rusiyanın Ukraynadakı təcavüzkar hərəkətlərinə əsaslanaraq bu ölkə ilə hərbi əməkdaşlığı dayandırıb.

Eyni zamanda Kirbi, iki ölkə hərbçilərinin Suriyada anlaşılmazlıqların qarşısını almaq və ya münaqişə vəziyyətlərini həll etmək üçün ünsiyyət qurmağa davam etdiyini vurğulayıb




Facebook'da Paylaş