Rusiya Tbilisidəki Luqara laboratoriyasını özünə potensial təhdid hesab edir

22-09-2021, 12:26

Rusiya Tbilisidəki Luqara laboratoriyasını özünə potensial təhdid hesab edir

Tbilisidə fəaliyyət göstərən Luqara laboratoriyası Rusiya üçün çox yüksək risk yaradır.

Ordum.az-ın xəbərinə görə, bu barədə “Rospotrebnadzor”un rəhbəri Anna Popova bildirib.

O, Gürcüstanın bioloji müstəqilliyini itirdiyini qeyd edib: “Birincisi, həmin laboratoriya lap qonşuluğumuzda yerləşir. İkincisi isə, bu, fikrimcə, bioloji və epidemioloji müstəqilliyini itirmiş ölkədə baş verir. Bu, əlbəttə ki, bizim üçün yüksək riskdir”.




Facebook'da Paylaş