Azərbaycan və Türkiyə xalqlarına müraciət

24-08-2020, 14:13



Bakı Qazilər Birliyi Azərbaycan və Türkiyə xalqlarına müraciət ünvanlayıb. Müraciətdə deyilir:
Rusiya müdafiə naziri (bakanı)Azərbaycana gəlir. Məqsəd Azərbaycan prezidentinə təzyiq və təhdid etməkdir. Son vaxtlar prezident İlham Əliyev Rusiya meylli və ya Rusiya agentlərinə savaş açıb.Və onları bir-bir vəzifələrindən rədd edir, yerlərinə milli kadrları yerləşdirir. Türkiyə ilə anlaşmalar, müqavilələr imzalamaq ərəfəsindədir. Qardaş Türkiyə ilə bu yaxınlaşma Rusiyanı möhkəm qıcıqlandırır. Və Rusiya müdafiə naziri Bakıya bir məqsədlə gəlir. Azərbaycan prezidentinə təzyiq və təhdid etmək. Belə bir zamanda kimsə müxalifət düşüncəlidir, kiminsə umu küsüsü var, belə şeyləri hamı bir kənara atmalı, Azərbaycanı düşünməlidir. 30 ilə (yıla) yaxındır ki, Qarabağ Rusiyanın birbaşa dəstəyilə ermənilərdədir. Rusiya bizə imkan vermir ki, prezident İlham Əliyev də demişkən, ermənistanla təkbətək vuruşaq. İndi Türkiyə ilə yaxınlaşmağımıza görə rusiyanın müdafiə naziri bizim prezidentimizi (bu o deməkdir ki bizi) təhdid etməyə gəlir. Bu ərəfədə biz hamımız ayıq olmalı kənardan Rusuya və ya başqa dövlətlərin adamlarının fitfasına getməməliyik. İndi məsələ Azərbaycan dövlətçiliyidir. Heç bir fikir bundan önəmli deyil...Azərbaycan naminə bir olaq birlik olaq...










Facebook'da Paylaş