Gələn ay Ağdam Sənaye Parkında tikinti işlərinə başlanılacaq

5-07-2022, 10:13

Gələn ay Ağdam Sənaye Parkında tikinti işlərinə başlanılacaq

İqtisadiyyat Nazirliyinin 190 hektar ərazisi olan Ağdam Sənaye Parkının hazırda 9 rezidenti var və onların 50 milyon manatdan çox investisiya yatırması nəzərdə tutulur.

Ordum.az xəbər verir ki, bunu nazir Mİkayıl Cabbarov bildirib.

"Bu, 1 000-dən çox daimi iş yerinin yaradılmasına imkan verəcək. Artıq rezidentlər üçün ayrılmış ərazilərdə layihələrin həyata keçirilməsinə hazırlıq işləri gedir və avqust ayından tikintiyə başlanılması planlaşdırılır", - deyə o, qeyd edib.




Facebook'da Paylaş