“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının ərazisi minalardan tam təmizlənib

29-01-2022, 15:29

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının ərazisi minalardan tam təmizlənib

Cəbrayıl rayonunda yerləşən və 200 hektar ərazini əhatə edən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının ərazisi mina və partlamamış hərbi sursatlardan tam təmizlənib.

Bu barədə Orsum.az-a İqtisadiyyat Nazirliyindən bildirilib.

Bundan başqa, artıq Sənaye Parkının konseptual planı (Baş plan) hazırdır və yaxın günlərdə Parkın 1,5 hektarlıq hissəsində mobilizasiya şəhərciyinin salınması işlərinə başlanılması nəzərdə tutulur. Hazırda mobilizasiya şəhərciyi yerləşəcək ərazinin hamarlanması və kipləşdirilməsi işləri davam etdirilir




Facebook'da Paylaş