İqtisadi Zonaların İnkişafı Agentliyi “Rebuild Karabakh” sərgisində iştirak edir

21-10-2021, 09:29

İqtisadi Zonaların İnkişafı Agentliyi “Rebuild Karabakh” sərgisində iştirak edir

İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyi Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində (”Rebuild Karabakh") öz stendi ilə iştirak edir.

Bu barədə Ordumaz-a Agentlikdən bildirilib.

Məlumata görə, maraqla qarşılanan stenddə sərgi iştirakçılarına ölkədə fəaliyyət göstərən sənaye zonaları və rezidentlərə tətbiq olunan güzəştlər, Qarabağda yaradılan Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının konseptual planları barədə məlumat verilir. Sərgi çərçivəsində “İşğaldan azad olunmuş ərazilərin iqtisadi, investisiya və turizm potensialı, Qarabağda həyata keçirilməsi təklif olunan layihələr” mövzusuna həsr edilmiş panel iclasda sənaye zonalarına dair təqdimat keçirilib. Sərgidə həmçinin, Sumqayıt Kimya Sənaye Parkının rezidentləri – İnşaat Kimyəviləri Zavodu, “Azertexnolayn” MMC, “STP” MMC-də öz stendləri ilə təmsil olunurlar.

“Rebuild Karabakh" ötən gün işə başlayııb və sabah başa çatacaq.




Facebook'da Paylaş