Ağdam Sənaye Parkında daha iki şirkətə rezidentlik statusu verilib

27-04-2022, 18:20

Ağdam Sənaye Parkında daha iki şirkətə rezidentlik statusu verilib

İqtisadiyyat Nazirliyinin Ağdam Sənaye Parkında daha iki sahibkara rezidentlik statusu verilib və rezidentlərin sayı 7-yə çatıb.

Ordum.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

“Prof-Dam” MMC 2 ha ərazidə müxtəlif növ dam örtüklərinin istehsalı müəssisəsi inşa edəcək, “Metkons” MMC isə havalandırma,yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatların istehsalı ilə məşğul olacaq. İnvestisiya dəyəri 9 milyon manata yaxın olan layihələrin reallaşması ilə 85 nəfər daimi işlə təmin ediləcək", - deyə o, qeyd edib.




Facebook'da Paylaş