Rusiya XİN başçısı ATƏT sədri ilə Qarabağı müzakirə edəcək

9-02-2022, 17:55

Rusiya XİN başçısı ATƏT sədri ilə Qarabağı müzakirə edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau ilə Qarabağdakı vəziyyəti müzakirə edəcək.

Ordum.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Fevralın 15-i baş tutacaq görüşdə həmçinin Ukraynanın şərqindəki və Moldovanın Dnestryanı bölgəsindəki münaqişələrin həll yolları müzakirə olunacaq.




Facebook'da Paylaş