ATƏT sədri və Rusiyanın XİN başçısı Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə ediblər

19-11-2021, 15:07

ATƏT sədri və Rusiyanın XİN başçısı Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə ediblər

Rusiya xarici işlər naziri Sergey Lavrovla ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde arasında telefon danışığı olub.

Ordum.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, A.Linde Azərbaycanla Ermənistan arasında gərginləşən münasibətlərin həlli istiqamətində Rusiyanın rolunu vurğulayıb.

“Biz Rusiyanın sabitliyə nail olmaq səylərini alqışlayırıq”, - o bildirib.

ATƏT sədri və Rusiyanın XİN başçısı Azərbaycan-Ermənistan münasibətlərinin həll olunması istiqamətində birlikdə işləmək lazım olduğu barədə fikir mübadiləsi aparıblar.




Facebook'da Paylaş