Teymur Musayev şəhid ailələrinin üzvlərinin müalicəsi ilə bağlı tapşırıq verib

28-09-2021, 15:38

Teymur Musayev şəhid ailələrinin üzvlərinin müalicəsi ilə bağlı tapşırıq verib

“Sanator Kurort Reabilitasiya Mərkəzində şəhid ailələrinin reabilitasiya, müalicə və istirahəti təşkil ediləcək”.

Ordum.az xəbər verir ki, bunu mərkəzin baş direktoru Mürsəl Mürsəlov deyib.

O qeyd edib ki, bununla bağlı səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin səlahiyyətlərini icra edən Teymur Musayev tapşırıq verib: “Bununla bağlı təkliflər layihəsi hazırlayaraq Səhiyyə Nazirliyinə göndərmişik. Hesab edirəm ki, tez bir zamanda təkliflərimiz qəbul ediləcək.




Facebook'da Paylaş