Agentliyin Müşahidə Şurasının növbəti iclası keçirilib.

6-08-2021, 16:59

Agentliyin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Avqustun 5-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib. Agentlikdən verilən məlumata görə, iclasda Müşahidə Şurasının iclasının reqlament sənədinin layihəsi və QHT qanunvericiliyində müvafiq dəyişikliklərlə bağlı təkliflər ətrafında müzakirələr aparılıb.
Çıxış edən Müşahidə Şurası üzvləri sənəddə öz əksini tapan ümumi müddəalar, iclasın işinin təşkili qaydası, Müşahidə Şurası üzvlərinin hüquqları, vəzifələri və səlahiyyətləri, müvafiq sənədlərin hazırlanması, müzakirəsi, qəbulu, Muşahidə Şurasında sənədlərin ilkin və yekun müzakirəsi qaydaları, həmçinin bir sıra digər maddələr ətrafından fikir müdabiləsi aparılıb. Müzakirələrin yekununda bütün təkliflər nəzərə alınmaqla sənədin yekun variantının hazırlanaraq növbəti iclasa təqdim edilməsi qərara alınıb.
Daha sonra QHT qanunvericiliyində dəyişikliklərlə bağlı Muşahidə Şurası üzvlərinin hazırladıqları təkliflər ətrafında müzakirələr aparılıb. Səsləndirilən təkliflər arasında qrantlarla maliyyələşən layihələrin qeydiyyatının sadələşdirilməsi, QHT-lərin qeydiyyata alınması prosedurunun təkmilləşdirilməsi və bununla bağlı digər sənədləşmələrin asanlaşdırılması yer alıb. Müzakirələrin sonunda qərara alıb ki, qısa zamanda Agentlik adından bu istiqamətdə hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər ümumiləşdirilsin və müvafiq qurumlara təqdim edilsin.




Facebook'da Paylaş