Bənzər yazılar
UNESCO-nun işğaldan azad olunmuş ərazilərə səfəri ilə bağlı təkliflər hazırlandı
Azərbaycan tərəfi UNESCO missiyasının ermənistanın işğalından azad olunmuş ərazilərə səfəri ilə bağlı təkliflər hazırlayıb.
Bunu mədəniyyət naziri Anar Kərimov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Qulam İsakzai ilə onlayn formatda görüşündə deyib.
Nazir qeyd edib ki, Azərbaycan tərəfi missiyanın parametrlərini əhatə edən sənədin layihəsinə dair öz təkliflərini hazırlayıb və bu sənəd çox yaxın zamanda UNESCO Katibliyinə təqdim ediləcək.