Bu günlərdə “İki dəfə Sovet İttifaqı Qəhrəmanı, qvardiya general-mayoru Həzi Aslanov adına Böyük Qələbə Varislərinin Birliyi” adlı veteran təşkilatı Moskva Müharibə Veteranları Komitəsinə üzv seçilib. Bu haqda “Diaspornew.az”a veteran təşkilatının sədri Əli Kazımov məlumat verib.
“Bizim təşkilat yaranandan sonra ilk olaraq sənədləri Moskva Müharibə Veteranları Komitəsinə təqdim etmişdik. Səbirsizliklə cavab gözləyirdik. Nəhayət Moskva Müharibə Veteranları Komitəsinin Plenumunun 29 fevral 2024-cü il tarixli iclasında bu müsbət qərar qəbul edilib. Komitə ilə əməkdaşlıq çərçivəsində Rusiyada daha geniş formada qəhrəman Vətən övladlarını tanıdacağıq”.
Xatırladaq ki, Əli Kazımov Moskva Müharibə Veteranları Komitəsində təmsil olunan ilk və yeganə Azəbaycan veteran təşkilatının sədridir.