Moskvada qvardiya generalı Həzi Aslanovun adına veteran təşkilatı təsis edilib

13-12-2023, 22:49

Moskvada qvardiya generalı Həzi Aslanovun adına veteran təşkilatı təsis edilib

Moskvanın Qərb-İnzibati Dairəsinin (QİD) Oçakovo-Matveyevskoye rayonunun Veteranlar Şurasının binasında “İki dəfə Sovet İttifaqı Qəhrəmanı, qvardiya general-mayoru Həzi Aslanov adına Böyük Qələbə Varislərinin Birliyi” veteran təşkilatının yaradılmasına həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, təşkilat QİD-in Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Əli Kazımov, Moskva Müharibə Veteranları Komitəsinin İnformasiya Komissiyasının üzvü, QİD-in Azərbaycan Milli-Mədəni Muxtariyyəti sədrinin müavini İrina Silina, “Rusiyanın Əmək Şücaəti” Ümumrusiya İctimai Təşkilatının nümayəndəsi Valentina Dubinina və Hərbi-Kosmik Qüvvələrin veteranı, istefada olan polkovnik Çingiz Qafarov tərəfindən təsis edilib.

Tədbirdə Moskvanın Qərb-İnzibati Dairəsinin Oçakovo-Matveyevskoye rayonunun Veteranlar Şurasının sədri, kontr-admiral Sergey Streltsov, general-mayor Valentin Kurnışov, Rusiyanın Ehtiyatda olan Zabitlər İttifaqı sədrinin birinci müavini Anatoli Juravlyov, hərbi veteranlar Yaşar Cəfərov, İlqar Məmmədov və başqaları iştirak ediblər.

Tədbir zamanı təşkilatın 2024-cü il üçün fəaliyyət planı qəbul edilib. Təşkilatın Moskva Müharibə Veteranları Komitəsinin tərkibinə daxil olması barədə qərar qəbul olunub.

https://www.youtube.com/watch?v=T6DkoaqfoCk




Facebook'da Paylaş