Diplomatlar erməni vandalizminin nəticələri ilə tanış oldular

28-11-2020, 15:28

Diplomatlar  erməni vandalizminin nəticələri ilə tanış oldular

Ölkəmizdə akkreditə olunan xarici diplomatlar Tərtərdə erməni vandalizminin nəticələri ilə tanış olublar.
Prezidentin köməkçisi Hikmət Hacıyev, diplomatik korpus nümayəndələri, beynəlxalq təşkilat rəhbərləri və "Qarabağ" futbol komandası Tərtər rayonundadırlar.
Nümayəndələr Tərtərdə Ermənistanın ağır bombardmanının nəticələri ilə yerində tanış olurlar. Onlar rayonun Şıxarx qəsəbəsindəki dağıntıları, erməni artilleriyasının yaşayış bunalarını atəşə tutması nəticəsində yaranmış dağıntıları öz gözlərilə gördülər.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bunları yazıb:
“Tərtər rayonu Şıxarx qəsəbəsi. 44 günlük müharibədə Ermənistan məcburi köçkünləri üçün tikilmiş bu yaşayış məntəqəsini intensiv şəkildə fərq qoymadan atəşə məruz qoyub. Diplomatik korpusun nümayəndələri Ermənistanın amansız raket və artilleriya hücumlarının nəticələrinin şahidi oldular”, - deyə Prezidentin köməkçisi qeyd edib.
Hikmət Hacıyev qeyd edib ki, daha sonra nümayəndə heyəti Ağdama səfər edəcək.




Facebook'da Paylaş