"Urmu qurusa Təbriz təxliyə edilməlidir

17-08-2022, 07:08

"Urmu qurusa Təbriz təxliyə edilməlidir

Sabiq nazirdən xəbərdarlıq

"Urmu qurusa Təbriz təxliyə edilməlidir"

İranın keçmiş kənd təsərrüfatı naziri və İran Ətraf Mühiti Təşkilatının keçmiş rəhbəri İsa Kəlantəri Urmu gölünün qurumasının törədə biləcəyi faciələr barədə xəbərdarlıq edib. O, Urmu gölünün quruyacağı təqdirdə Təbrizin tamamilə təxliyə edilməli olacağını deyib və bunun 1 trilyon dollara başa gələcəyini söyləyib:
"Urmu gölü bərpa edilməsə İranda heç bir hökumət davam gətirə bilməz. Siz milyonlarla insanın köçünün dalğasının qarşısında dayana bilməzsiniz. İran hökuməti bacarıqsızlıq ucbatından gölü qurutduğu üçün neçəyə başa gəlməsindən asılı olmayaraq onu bərpa etməyə borcludur. Urmu gölü bərpa olunmasa milyonlarla insanın həyatı təhlükəyə düşəcək"-deyə, "İnsaf News"a müsahibə verən keçmiş nazir hökumətə xəbərdarlıq edib.
O, bundan öncə su qaynaqlarının yanlış idarəçiliyi nəticəsində gölün quruması ilə bağlı edilən xəbərdarlıqlar barədə danışıb və bütün bunlara baxmayaraq hökumətin vaxtında tədbir görmədiyini deyib.
Qeyd edək ki, son statistikaya görə, Urmu gölünün 90 faizdən çoxu quruyub və gölün canlandırılması üçün nəzərdə tutulan layihələrin tamamlanması gecikdirilir.
Cavidan




Facebook'da Paylaş