Britaniya Azərbaycana pul AYIRDI

30-06-2022, 16:34

Britaniya Azərbaycana pul AYIRDI

Britaniya Azərbaycana pul AYIRDI
Böyük Britaniya işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi fəaliyyətini dəstəkləmək üçün Azərbaycana 500.000 funt sterlinq ayırıb.
Bu barədə Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi məlumat yayıb.
"Böyük Britaniya regionu insanlar üçün təhlükəsiz yerə çevirmək və regionda sabitlik üçün çalışır. Böyük Britaniya bölgədə minatəmizləmə fəaliyyətini dəstəkləmək üçün əlavə 500.000 funt sterlinq ayırıb", - məlumatda deyilir.
Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp bununla bağlı özünün "Twitter" səhifəsində paylaşım edib: "Biz bir yerdə regionda sülh üçün çalışmağa davam edirik. Britaniya Xarici İşlər Nazirliyi regionda minatəmizləmə fəaliyyəti üçün əlavə £500,000 ayrıldığını elan etdi. İnanıram ki, bu vəsait ANAMA-ya mülki əhali arasında riskləri azaltmağa və insanlara öz həyatlarını yenidən qurmağa imkan verəcək".




Facebook'da Paylaş