Zelenski Consona növbəti 24 saatın Ukrayna üçün həlledici olacağını bildirib

28-02-2022, 09:00

Zelenski Consona növbəti 24 saatın Ukrayna üçün həlledici olacağını bildirib

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Boris Consonla telefon danışığında növbəti 24 saatın Ukrayna üçün kritik olacağını bildirib.

Bu barədə Ordum.az Ukrayna mətbuatına istinadən xəbər verir.

Conson Zelenskiyə zəmanət verib ki, Böyük Britaniya və müttəfiqləri müdafiə yardımının Ukraynaya çatması üçün əllərindən gələni edəcəklər.

Conson onu da əlavə edib ki, ölkəsi Ukraynaya əlavə 40 milyon funt-sterlinq köçürəcək. Bu pul ukraynalılar üçün tibbi ləvazimatlara yönəldiləcək.




Facebook'da Paylaş