Səfir: “Britaniya minalarla mübarizə üzrə aparıcı ekspertlərini Azərbaycana göndərir”

1-04-2022, 11:06

Səfir: “Britaniya minalarla mübarizə üzrə aparıcı ekspertlərini Azərbaycana göndərir”

“Minatəmizləmə konfransında çıxış etməkdən məmnunam. Britaniya minalarla mübarizə üzrə aparıcı ekspertlərini Azərbaycana göndərir”.

Ordum.az xəbər verir ki, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp tviter səhifəsində yazıb.

O qeyd edib ki, Azərbaycanda keçirilən Minatəmizləmə konfransında iştirak edir.

“Qadınların minatəmizləmə prosesinə daha çox cəlbini və Azərbaycanın bu dəhşətli silahların qadağan edilməsi istiqamətində işlər görməsini ümidlə gözləyirik”, - diplomat vurğulayıb.




Facebook'da Paylaş